Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / İqtisadçı ekspertdən neftin qiymətiylə bağlı bədbin proqnoz…

İqtisadçı ekspertdən neftin qiymətiylə bağlı bədbin proqnoz…

Neft İxrac Edən Ölkələr birliyi (OPEC) bu gün toplaşaraq 2016 – cı il üçün neft strategiyasını müzakirə edib. Qurum kvotanı artırmaq qərarına gəlib. Bu da dünya bazarında neftin daha da ucuzlaşmasına səbəb ola bilər.
Moderator.az – a açıqlama verən REAL Hərəkatının İdarə Heyətinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, OPEC kvotanı İranın neft bazarına daxil olmasına görə qaldırır: “OPEC kvotanı məhz İrana görə artırdı, İranın bu bazara daxil olmasına günlər qalıb. Qonşu dövlət böyük neft ehtiyyatlarına malikdir. Onlar bazara daxil olduqdan sonra qiymətlər daha da aşağı enəcək. Sözsüz ki, bu proses neft ölkəsi olan Azərbaycana da öz təsirini göstərəcək. Təəssüflər olsun ki, ölkəmiz bundan zərər görəcək.
Azərbaycanda gəlirlərin azalması, iqtisadi aktivliyin zəifləməsi, işsizlik və manatın dəyərdən düşməsi gözlənilir”.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın