Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Rövnəq Abdullayevdən yeni təyinatlar

Rövnəq Abdullayevdən yeni təyinatlar

Noyabrın 7-də Azərbaycan Cüdo Federasiyasının iclası keçirilib.

İclasda əvvəlcə bir neçə komitə və sektorun yaradılması barədə qərar verilib.

Məşqçilər Komitəsinə Peter Zayzenbaxerin baş məşqçi postuna qayıdışınadək əsas yığmaya rəhbərlik etmiş Hacıağa Hacıəhmədov sədr təyin olunub. Hakimlər Komitəsi Fariz Hüseynova, Nizam-İntizam Komitəsi Ruzbek Vəliyevə, Yarışların Təşkili və Keçirilməsi sektoru Ağayar Axundzadəyə, regionlarda cüdonun inkişafı sektoru Tərlan Poladova tapşırılıb.

Bu komitələrə Azərbaycan cüdosunun simaları Tərlan Həsənov, Fərhad Rəcəbli, Qüdrət Pəncəliyev, Zakir Kərimov, Adil Sadıqov və digərləri üzv seçiliblər. Zülfiyyə Hüseynova isə Məşqçilər Komitəsinin üzvü kimi qadın cüdosunu koordinasiya edəcək.

Bundan başqa yeniyetmələrdən ibarət milli komandaya Elçin İsmayılov baş məşqçi, Zaur Babayev köməkçi-məşqçi, gənclərdən ibarət yığmaya Rəşad Məmmədov baş məşqçi, Rəşad Həsənov köməkçi-məşqçi təyin olunub (“Report”).

Qeyd edək ki, Cüdo Federasiyasına SOCAR prezidenti Rövnəq Abdullayev rəhbərlik edir.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın