Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Binəqədi icra başçısının böyük yalanı

Binəqədi icra başçısının böyük yalanı

Azinforum.az tanınmış vəkil Aslan İsmayılovun Facebook statusunun maraqlı və aktual olduğunu nəzərə alaraq təqdim edir:

“Son vaxtlar mətbuat hər gün icra başçıları tərəfindən hansısa tikilinin sökülməsindən yazır. Həmin tikilinin başa gəlməsinə pul xərclənməsini, zəhmət çəkilməsini isə heç kim hesaba almır. Hər yeni gələn başçı köhnənin sərəncamını tanımadığını deyir və öz şərtlərini irəli sürür, sanki ölkədə qanun yoxdur. Hamı da bilir ki, söhbət tikilinin qanuni və ya qanunsuz olmasından getmir. Söhbət sözün əsl mənasında reketçilik yolu ilə pul qopartmaqdan gedir. Son günlər Binəqədinin icra başçısı dörd mərtəbəli binanın qanunsuz tikildiyini bütün ölkəyə elan etdi. Bunun yalan olduğunu hamı bilir, çünki icra hakimiyyətinin razılığı olmadan daşı daş üstünə qoymağın mümkünsüz olduğu bəllidir.

Dəfələrlə yazmışam, bir daha təkrar edirəm. Bu cür biabırçılığın qarşısını almağın yeganə yolu sökülən tikiliyə çəkilmiş xərcin günahkar orqanlar, yəni icra strukturları əməkdaşları tərəfindən zərərçəkənə ödənilməlidir.
Bu gün baş verənlər isə dərəbəylikdir. Hələ ki, insanlar özlərinə sui qəsd edir. Allah sonrasından qorusun”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın