Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Ramiz Mehdiyevin kitabı  tacik dilinə tərcümə edilib

Ramiz Mehdiyevin kitabı  tacik dilinə tərcümə edilib

Azərbaycan Tacikistandakı səfirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə Düşənbə şəhərindəki “İrfon” nəşriyyatında Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: mənbələrdən öyrənilən tarix” monoqrafiyası tacik dilində nəşr etdirilib.

Səfirliyin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, 272 səhifəlik kitabda Dağlıq Qarabağın tarixi, habelə Dağlıq Qarabağ münaqişəsinin başlanmasının səbəbləri ilə bağlı elmi-sənədli faktlar yer alıb.

Tacikistan ictimaiyyəti üçün Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın Azərbaycana qarşı əsassız iddialarının yalan və uydurmalar üzərində qurulduğu barədə ətraflı məlumat verilir.

Kitabın redaktoru Tacikistan himninin sözlərinin müəllifi, xalq şairi Gulnazar Geldi, tərcüməçilər isə Tacikistan alimləri Olim Xocamurod və Bahriddin Cuyodur.

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın