Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / “Parisdəki terakt Fransa və Almaniyanın düşünülmüş oyunudur” – İDDİA

“Parisdəki terakt Fransa və Almaniyanın düşünülmüş oyunudur” – İDDİA

Parisdəki son dəhşətli terror olayını “İŞİD” qruplaşması üzərinə götürsə də, hadisədə bir sıra anlaşılmaz məqamlar var. Bunlara aydınlıq gətirmək üçün tanınmış siyasi analitik Tahir Cəfərliyə müraciət etdik:

– Tahir müəllim, sizcə Parisdə bu il ikinci dəfə, amma daha geniş miqyasda törədilən terror aktının gerçək ideoloq və müəllifləri kimlərdir? Və onların əsas məqsədi nədir?

– Sözsüz ki, bu terakt da müsəlmanların boynunda qalacaq. Ancaq qətliamın miqyasına obyektiv baxanda bunu adi bir “islamçı” qrupun törətməsi ağıla sığmır. Avropa mediasını izləsək görərik ki, Suriyadan və Afrikadan Avropaya qaçanların sayı və miqyası Qərbi bərk təşvişə salıb. Gün ərzində qaçqınlar Avropa iqtisadiyyatına milyonlarla yevro zərər vururlar. Miqrant axınının qarşısını isə almaq mümkün deyil. Ölkədə İslamafobiya yaratmaq və onu gücləndirmək üçün aparıcı Qərb ölkələrinin xüsusi xidmətləri məhz belə teraktlara rəvac verir. Və sonda bunları bəhanə edib sərhədlərini bağlamaq istəyirlər . Bu teraktı “İŞİD” öz üzərinə götürsə də, inanın ki, bunu elə Fransa hökumətinin tapşırığı ilə ediblər. Çünki “İŞİD”i yaradan və milyonlarla müsəlmanı qanına qəltan edən, İraq, Suriya, Əfqanıstan, Liviya, Misir, Yəmən və s. müsəlman ölkələrini viran qoyan Qərb indi özü elə bir vəziyyətə düşüb ki, soyub-taladığı həmin ölkələrin qaçqın vətəndaşlarına yiyə durmalıdır. Bu halda isə qəsb etdikləri milyardları, miqrantlara xərcləməyə məcburdurlar ki. Fransa paytaxtındakı növbəti terakt qaçqınlara, xüsusən müsəlmanlara qarşı kəskin diskriminasiyaya gətirib çıxaracaq. Onları ölkədə yaradıcılacaq konslagerlərdə saxlayacaq və ölkələrinə qaytarmağa çalışacaqlar. Bu terakt Qərb dövlətlərinin müsəlman ölkələrinə qarşı işğal siyasətinin elementlərindən biri olmaqla, həm də Qərb ictimaiyyətində İslama qarşı nifrəti gücləndirmək məqsədi güdür. Avropa siyasətinin mahiyyətini bu saat faşizmlə eyniləşdirmək olar, çünki teraktlar törətməklə faşistlər lazım olmayan xalqları konslaqerlərə yığıb məhv edirdilər. Görünür, Fransa və Almaniya da klassik faşist metodlarına əl ataraq ölkələrini müsəlmanlardan təmizləməyə cəhd edirlər.

– Fransa prezidenti Fransua Olland və xarici işlər naziri ilə yanaşı, Almaniyanın XİN rəhbərinin tamaşaçı olduğu futbol stadionunda bir neçə nəfərlik qrupun asanlıqla partlayış törətməsi inandırıcıdırmı?

– Əlbəttə, bu da çox şübhəli məqamdır. Çünki ölkə rəhbərlərinin də iştirak etdiyi belə kütləvi tədbirlərdə xüsusi xidmət orqanları, özü də bu halda ən azı iki ölkənin təhlükəsizlik əməkdaşları daha ayıq olurlar. Bəs terrorçular bunu Fransa-Almaniya rəhbərlərinin olduğu yerdə keçirirsə, nə üçün onlara zərər dəymir? Amma rəsmi Paris guya stadionda məhz Fransa prezidentinə sui-qəsd cəhdi olması barədə məlumatlar yaymaqla öz oyunlarını kütlə üçün daha inandırıcı etməyə çalışırlar. Deyilənlər də göstərir ki, Paris teraktı Almaniya və Fransa rəhbərlərinin düşünülmüş gizli oyunudur. Onlar razılaşdırılmış bu oyunla Avropaya qaçqın axınının qarşısını almağa cəhd edirlər.

– Bu saatlarda bir diqqətəlayiq məlumat da yayıldı: Fransızlar Kale şəhərində qaçqınların çadırlarını yandırırlar. Polis isə durub baxır…

– Bəli. Həmin informasiyanı biz də oxuduq. Yerli əhalini qaçqınların üzərinə qaldırmaq da əvvəlcədən hazırlanmış bir oyunun tərkib hissəsidir. Görünən budur ki, Fransa beş-on adamı güdaza verməklə, ölkəsinə gələn qaçqın axının qarşısını almağa çalışır. Qərb həmişə belə murdar oyunlara əl atıb, indi də buna davam etməkdədir…

Sultan Laçın, hafta.az

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın