Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Müəssisədə siqaret çəkilərsə, rəhbər cərimələnəcək

Müəssisədə siqaret çəkilərsə, rəhbər cərimələnəcək

Azərbaycanda qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə həmin müəssisə rəhbərləri də cərimələnəcək.

Milli Məclisin deputatı Musa Quliyevin dediyinə görə, bu barədə məsələ yeni hazırlanan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.

M.Quliyev bildirib ki, vətəndaşdan çox qadağan olunmuş yerdə siqaret çəkilən müəssisələrin rəhbərliyi məsuliyyət daşıyacaq:

“Onların cəriməsi vətəndaşın cəriməsindən dəfələrlə çox olacaq. Cərimənin məbləği və forması qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsinə ediləcək əlavə və dəyişikliklərdə öz əksini tapacaq”.

Qeyd edək ki, yeni hazırlanan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsində ictimai yerlərdə, qapalı məkanlarda siqaretin çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur. (Trend)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın