RiaNovosti xəbər verir ki, təşkilatın nümayəndələri vurğulayıblar ki, Rusiyanın müsabiqədə iştirak etməsi üçün bir çox həll irəli sürsələr də, alınmayıb.

Onlar Rusiya təmsilçisi Yuliya Samoylovanın videokörpü vasitəsilə çıxışını və ya təmsilçini dəyişməyi təklif ediblər. Bütün bunlar Rusiya tərəfindən rədd edilib.

Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə 3 illik qadağa qoyub. Müğənni Rusiyanı “Eurovision-2017”–də “Flame Is Burning” mahnısı ilə təmsil edəcəkdi.