Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Məşhurların bahalı avtomobilləri və “zerkalni” nömrələri – FOTOSESSİYA

Məşhurların bahalı avtomobilləri və “zerkalni” nömrələri – FOTOSESSİYA

Sənət aləminin tanınmış simaları evləri, avtomobilləri ilə tez-tez gündəmə gəlir. Mia.az axşam.az-a istinadən yerli məşhurların bahalı avtomobillərini təqdim edir:

Xalq artistiAygün Kazımova“Mercedes-Benz GL” markalı maşın sürür. Müğənni bu avtomobilin ona hədiyyə edildiyini deyib.

MüğənniXəyyam Nisanovötən ilin yayında özünə göy rəngli “Bentley” markalı avtomobil alıb.

İş xanımıRuhi Əliyevanında qara rəngli “Bentley” markalı avtomobili var.

MüğənniNadir Qafarzadəiki il bundan əvvəl “Maserati” alıb. Sənətçi bu maşınını hər gün sürə bilmədiyini deyib. Belə ki, N.Qafarzadə “Lexus” markalı avtomobilini idarə edir, özəl tədbirlərə isə “Maserati”si ilə gedir.

MüğənniXatirə İslamıniki avtomobili var. Onlardan biri “Porsche”dir. Bu yaxınlarda isə sənətçi “Lexus” markalı avtomobillə görüntülənib.

Aşıq Əlibu yaxınlarda özü üçün xüsusi avtomobil hazırlatdırıb. O, maşının içərisində hər bir şərait qurdurub. “Avtomobili Bakıdan almışam. Türkiyəyə göndərdim ki, içərisini istədiyim kimi dizayn etsinlər. Mən maşın sürmürəm, sürücü idarə edir. Ona görə də özüm üçün rahatlıq yaratdım. İçində hər bir şəraiti var. Çay dəmləməkdən tutmuş, internetə kimi… Bir sözlə vanna otağından başqa hər şey yığılıb. Avtomobili 50 minə aldım. İçərisinin dizaynına isə 65 min avro xərclədim” deyə aşıq bildirib.

Əməkdar artistRöya Ayxanında bir neçə avtomobili var. Onlardan biri də “Cadillac Escalade”dir. Avtomobilin orta qiyməti 120 min dollardır. Sənətçi daha sonra “Volkswagen” markalı maşın almış, “Bunu uzaq yola çıxarkən istifadə etmək üçün almışam” açıqlamasını vermişdi. Ötən yay isə sənətçi yeni aldığı “Jeep” markalı sarı rəngli maşınının şəklini İnstaqramında paylaşmışdı.

ProdüserTolikin“Porsche Panamera” markalı avtomobili var. O, maşınını 90 min dollara aldığını bildirmişdi.

Əməkdar artistƏdalət Şükürovun“Lotus” markalı idman stilli maşını var.

Əməkdar artistCavanşir Məmmədovunüç maşını var. Avtomobil həvəskarı olan müğənninin bütün avtomobillərinin nömrə nişanın sonu “100”dür. C.Məmmədovun kolleksiyasında 1966-cı illərə məxsus “Chrysler”, “Rolls Royce” və “Cadillac Escalade” var.

MüğənniRüfət Axundovda avtomobil həvəskarıdır. Müğənni maşınlarını tez-tez dəyşir. O, bu günə kimi “Lexus”, “Bentley”, “Gelenvagen” kimi maşınlar alıb. Sənətçinin maşınının nömrə nişanı “90 DC 009”dur.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın