Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Eynulla Fətullayevin dedikləri onun əxlaqsızlıq ölçüləridir”

“Eynulla Fətullayevin dedikləri onun əxlaqsızlıq ölçüləridir”

“Yer üzündə Eynulla Fətullayev kimi murdar, satqın, riyakar, alçaq adam görməmişəm”

“Eynulla Fətullayevin dedikləri onun əxlaqsızlıq ölçüləridir. Gücü çatmayan daşdan yapışmasın başına düşər”.

Bunu Moderator.az-a Xalq şairi Sabir Rüstəmxanlı jurnalist Eynulla Fətullayevin sosial şəbəkədə onun haqqında yazdığı statusa münasibət bildirərkən deyib.

Xalq şairi qeyd edib ki, E.Fətullayev illərdir ona böhtan atmaqla məşğuldur:

“Yer üzündə Eynulla Fətullayev kimi, murdar, satqın, riyakar, alçaq adam görməmişəm. Neçə illərdir onun işi-peşəsi elə mənə böhtan atmaqdan ibarətdir. Ondan fərqli olaraq mən heç vaxt sifətimi dəyişməmişəm. İndi dediyim sözləri Milli Məclisdə də demişəm, Milli Məclisə getməyəndə də deyirəm. Bəlkə də onlar elə bilirlər mən birinci dəfədir bu sözləri deyirəm? Onlar fil qulağında yatıblar və heç nədən xəbərləri yoxdur, elə bilirlər ki, mən birinci dəfədir belə danışıram. Milli Məclisdə 25 il daima öz mövqeyi olan bir adam olmuşam və daima da öz mövqeyimdən çıxış etmişəm, həmişə millətin dərdin demişəm. İndi də eyni fikri deyirəm, amma bu gün vəziyyət daha ağırdır və ona görə məcburam ki, bəzi məsələləri daha kəskin deyim. Milli Məclisdə olsaydım da yenə eyni sözü deyəcəkdim”.

Sabir Rüstəmxanlı jurnalistlə bağlı nəinki hansısa tədbir görməyi, hətta onun haqqında danışmağı belə özünə rəva bilmədiyini vurğulayıb: “Eynulla bir həşaratdır və onun həşarat olduğunu,  hara girib hardan çıxdığını, neçə dəfə hansı deşikləri dəyişdiyini bütün Azərbaycan çox yaxşı bilir. Mən heç onu bu millətdən saymıram, hansı millətdəndir bilmirəm.  O, öz diliylə danışmayıb, çünki onun öz dili yoxdur. Onun arxasında dayanan, onu ortaya atanların da kimlər olduğunu çox yaxşı bilirəm. Ona görə də o, mənim obyektim deyil onun haqqında danışmağı özümə sığışdırmıram”.

Qeyd edək ki, Eynulla Fətullayev sosial şəbəkədə şəxsi səhifəsində yazdığı statusla Sabir Rüstəmxanlını təhqir edib: “Azərbaycanda bir siyasətçi var. Adı Sabir Rüstəmxanlıdır. Tarixdə belə simasız adam olmayıb. Mandatı alınan kimi keçdi təzədən müxalifətə. İndi iqtidarı söyməyə başlayıb. Hökumət buna bir günlük mandat verə, təriflədə, sonra təzədən ala əlindən. Yenə verə sonra ala əlindən… Bax bu məxluq hələ də özünə ziyalı deyir”.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın