Bazar , Yanvar 24 2021
Ana səhifə / Şou Biznes / Mərkəzi Hərbi Kliniki Hospitalda nə baş verir?

Mərkəzi Hərbi Kliniki Hospitalda nə baş verir?

Mərkəzi Hərbi Kliniki Hospitalda arzu və gerçəkliklər arasında yaranmış disbalansla rəisin xidməti və şəxsi avtomobillərinin balansirovkası ayrı-ayrı şeylərdi və bu reallıq nədənsə, nəzərə alınmır
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hospitalından redaksiyamıza sızan məlumatlar səngimək bilmir. Bu məlumatların çoxunda Hospitalda çalışan hərbi həkimlərin rüşvətxorluğundan, əsgərlərə göstərilən sayğısızlıqdan, valideynlərin dərman vasitələrini almağa məcbur edilməsindən, keyfiyyətsiz qida məhsullarının xəstə əsgərlərə verilməsindən bəhs olunur. Tofiq Tağıyevin şəxsi nəzarətində olan Hospitalda xəstə hərbçilərin qəbulunda da ciddi saxtakarlıqlara yol verilir, bəzən hərbçilər müalicə bitməmiş izahı tapılmayan səbəblərdən “qeybə çəkilir”, daha doğrusu, evə buraxılır. Sözsüz ki, hər hansı hərbi obyektdə bu və ya digər problemlərin varlığı təbiidir. Lakin həmin problemlərin çözülməsinə şalışmamaq, üstəlik, qanun pozuntularına bir rəhbər kimi göz yummaq eynilə Ordumuzun nüfuzuna zərbə vurmaq deməkdir.

Əlbəttə, Müdafiə Nazirliyinin strukturuna daxil olan bu mühüm bir sahədə hərbi nizam-intizam yaratmaq baş həkimin birbaşa vəzifəsidir. Mərkəzi Hərbi Kliniki Hospitalına haçansa rəhbərlik edəcəyi hörmətli rəis Tofiq Tağıyevin bir neçə il öncə bəlkə də heç xəyalına da gəlmirdi. Tale haçansa ordudan tərxis olunmuş bu cənab leytenantın bir göz qırpımında mayora çevrilməsini də hərbçilərimizə görk eləyə bildi. Məlumat üçün bildirək ki, 1993- 1995-ci illərdə Naxçıvan Qarnizon Hospitalında ümumi terapiya bölməsinin rəisi işləyərkən yol verdiyi nöqsanlara görə işdən azad edilərək ordu sıralarından kənarlaşdırılıb.Onun uzun illərdən sonra kimlərinsə yadına düşməsi, ehtiyatda olan leytenant ranqında, özü də təqaüd yaşı yetişməkdə ikən Müdafiə Nazirliyində mühüm bir vəzifəyə təyin edilməsi Silahlı Qüvvələrimizin müasir tarixində bəlkə də ən sürpriz təyinatlardan sayılır.

Daha bir sürpriz isə bu təyinatın necə deyərlər, havası rəisin başından getməmiş ortaya çıxdı. Yadınızdadırsa, təyinatından bir neçə ay sonra mətbuatda Tofiq Tağıyevin Mərkəzi Klinik Hospitalın rəisi vəzifəsindən kənarlaşdırılması barədə müdafiə nazirinin əmri yayılmışdı. Buna rəisin öz ostunu özbaşına tərk etməsi səbəb olmuşdu. Lakin çox çəkmədi ki, Tofiq Tağıyev sanki heç nə baş verməyibmiş kimi yenidən rəisliyə qaytarıldı. Elə bundan sonra ikiqat rəis “qaş düzəltdiyi yerdə vurub gözü də çıxardı”. Arzu və gerçəkliklər arasında yaranmış disbalansla rəisin xidməti və şəxsi avtomobillərinin balansirovkası ayrı-ayrı şeylərdi və bu reallığı Tofiq həkim nədənsə, nəzərə almır. Rəvayətə görə, doxdur öz arzusunu gerçəkləşdirmək naminə güllü-çiçəkli planlar da cızıb, yollu-yolağalı strategiyasını da ortaya qoyub. İş də aparılıb. Nə olsun? Nəticə dövlətin maraqları üçün ürəkaçan deyilsə də, rəis üçün lap göydəndüşmədi. Başa düşürük, bir para ağzıgöyçəklərin korrupsiya təzahürü kimi qələmə verdiyi gündəlik “vıruçka” istər-istəməz adamın saqqızını oğurlayır. Bu “vıruçka”ların hansı mənbələrdən toplanmasının əhəmiyyəti yoxdur. Əhəmiyyətli məsələ odur ki, hər şey Müdafiə Nazirliyinin gözündən iraq, rəisin şəxsi mənafelərinə hesablanıb. Öz qurbanlıq əsgərini gözləyən cərrah bıçaqlarına burdakı həkimlər “hippokrat duası” oxumazdan öncə bilirsiniz, nələr baş verir? Əvvəlcə yaxınlarına təmənnasaız bir mobil “vız” atmaq üçün əsgərlərə hətta “bababoyu” da verilir. Zarafat deyil, əməliyyatqabağı valideyn axtarışı həkimlər üçün “hörmət” şəklində əlavə pullu stimul əldə etmək imkanıdır. Bu imkandan kim qaçar? Belə götürəndə, rəhbərliyinin tam olmayan 2 ili ərzində Tofiq Tağıyev hospitalın mülki şəxslərin ödənişli müalicə müəssisəsi kimi fəaliyyətini təşkil etməkdən savayı heç nəyə nail ola bilməyib. Hərbçilərin isə müayinə və müalicəsi az qala simvolik xarakterdən uzağa gedə bilmir. Çünki, təcrübəli həkimlərin başı daha gəlirli müalicələrə qarışdığından bunda maraqlı deyillər.

Digər tərəfdən, hər ay ödənişli müalicədən hospitalın hesabına daxil olan vəsaitlərin də haqq-hesabı şəffaf aparılmır.Hospitalda əsgərə həkim münasibətinin real mənzərəsi beləcə, çox düşündürücüdür.Mərkəzi Hospitalda baş verən biabırçı korrupsiya mühitinin isə heç bir sübut-dəlilə ehtiyacı yoxdur. Bu mühitin səbəbkarları da demək olar ki, hər gün göz qabağındadır. Bu gün Azərbaycan Ordusunun yüksək döyüş hazırlığına gətirildiyi bir şəraitdə torpaqlarımızın erməni əsarətindən qurtarılması üçün hər an döyüş tapşırığı verilə bilər.Odur ki, ölkəmizin əsas tibb ocağı sayılan Silahlı Qüvvələrin Baş Hərbi Kliniki Hospitalı bu cür situasiyalara tam şəkildə hazır vəziyyətdə olmalıdır. Təəssüf ki, Hospitalın çağdaş durumu bu tələbata uyğun qəbul edilmir. Müşahidəçilər burada Tofiq Tağıyevin formalaşdırdığı ab-havanın döyüş bölgələrində, təmas xəttində hökm sürən vəziyyətə adekvat olmadığı qənaətindədirlər. Belə qənaət var ki, kimlərinsə şəxsi maraqlarının əsirinə çevrilmiş bu Hospitalda demək olar ki, hər şey əndazədən çıxıb. Burdakı anormal vəziyyət Azərbaycan Ordusuna arxadan zərbədir.(gundelik-baki)

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …

Bir cavab yazın