Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Şou Biznes / “Lənkəranskinin üzünü görmüşəm…” – Rövşəni dəfn edən axund

“Lənkəranskinin üzünü görmüşəm…” – Rövşəni dəfn edən axund

“Rövşən Lənkəranskinin üzünü görməmiş ona cənazə namazı qılınmazdı”.

Bu barədə Rövşən Lənkəranskinin cənazə namazını qılan və onu dəfn edən QMİ sədrinin Cənub bölgəsi üzrə Səlahiyyətli nümayəndəsi, Böyük Bazar “Hüseyniyyə” məsçidinin və Lənkəranın baş axundu, tanınmış ilahiyyatçı Hacı Sədi (Qəni) Axundzadə bildirib.

O vurğulayıb ki, bir sıra Kütləvi İnformasiya Vasitələrində Rövşən Lənkəranskinin ölməməsi ilə bağlı yayılan məlumatlar şoudur və heç bir əsası yoxdur:

“Yayılan məlumatlar dezinformasiyadır. Boş-boş şou yaradırlar. Allah Rəhmət eləsin! Siz onun dəfnində insanların izdihamını da gördünüz. Hər halda biz cənazəni, mərhumun üzünü görmədən ona namaz qılmırıq. Belə bir “məlumatların” yayılmasına da ehtiyac yoxdur”.

Xatırladaq ki, Azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev (“Rövşən Lənkəranski”) avqustun 18-də Türkiyədə öldürülüb. “Rövşən Lənkəranski” kimi məşhurlaşan R.Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan “Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb. Çarpaz atəşə tutulan avtomobil dəlik-deşik edilib. Avtomobilin içərisində olan “Lənkəranski” və adı açıqlanmayan sürücüsü ağır yaralı olaraq təcili yardımla xəstəxanaya aparılıb.(unikal.org)

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın