Ana səhifə / Araşdırma / “Məqsəd onu agent kimi işə cəlb etmək idi” – Akif Çovdarov

“Məqsəd onu agent kimi işə cəlb etmək idi” – Akif Çovdarov

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Akif Çovdarovun qohumu olan Zakir Bədəlov ifadə verib. İstintaq zamanı verdiyi ifadəni təsdiq edən Z. Bədəlovun məhkəmədə verdiyi ifadə ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət yarandığı bildirilib.

Vəkillər onun istintaq zamanı verdiyi ifadənin elan edilməsini istəyiblər. Lakin hakim buna ehtiyac olmadığını deyib. Z. Bədəlov ifadəsində deyib ki, tanışı Tofiq Əliyev ona MTN-nə çağırıldığını deyib və buna görə o, MTN-ə gedib.

Onun ifadəsinə münasibət bildirən Akif Çovdarov isə Z. Bədəlovun nazirliyə çağırıldığını təsdiq edib: “Bizə Gürcüstandan məlumat daxil olmuşdu. Həmin məlumat narkotik qaçaqmalçılığı ilə bağlı idi. Bizə altı nəfərin telefon danışığının dinlənilməsi barədə göstəriş də verilmişdi. Həmin şəxslərdən biri də Zakir Bədəlov olduğu üçün onu nazirliyə dəvət etmişdik. O, həm də bizim uzaq qohumdur və mənimlə görüşmək istəyirdi. Biz onunla söhbət etdik və bu işlə əlaqəsi olmadığı məlum oldu. Zakiri çağırmaqda başqa bir məqsəd isə onu agent kimi işə cəlb etmək idi. Ancaq onun həmin cinayətlə əlaqəsi olmadığı üçün sərbəst buraxdıq və işbirliyimiz də olmadı. Bir müddət sonra bizə verilən məlumat təsdiqini tapdı və cinayətkar dəstə zərərsizləşdirildi”.

Proses yanvarın 18-də davam edəcək. (APA)

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın