Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Şou Biznes / “Hiss edirəm ki, Hacıbala Abutalıbovdan çəkinirlər”

“Hiss edirəm ki, Hacıbala Abutalıbovdan çəkinirlər”

Bir neçə il bundan öncə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən salınan “Qış Parkı”nın tikintisi zamanı rejissor, əməkdar incəsənət xadimi Əbdül Mahmudovun evinə ciddi ziyan dəyib. Məhkəmənin qərarına əsasən, BŞİH başçısı Hacıbala Abutalıbov zərər vurulan evi təmir etdirməli, ya da dəyən ziyanı ödəməlidir.

Lakin Şeyx Əbdülün Moderator.az saytına verdiyi məlumata görə bu gün Hacıbala Abutalıbov tərəfindən 3 məhkəmə qərarına icra edilmir: “Mən heç kimdən şəxsi mənfəətim üçn heç nə istəmirəm. Sadəcə deyirəm ki, 3 məhkəmə qərarı icra edilsin. Rayon məhkəməsi, şəhər məhkəməsi və Ali Məhkəmənin mənim evim barəsində çıxardığı qərara bu gün Bakı Şəhər İcra Hakimiyyəti əməl etmir. Amma məhkəmə dövlətin bel sütunudu. Onun çıxardığı qərarlar müzakirə deyil, icra olunur. Amma Hacıbala Abutalıbov bu üm məhkəmə qərarlarının heç birinə əməl etmir. Mən ki, kimdənsə nəsə istəmirəm! Sadəcə ortada olan sənədləri göstərirəm. Lazım olan qurumları səsləyirəm ki, Hacıbala Abutalıbovu məhkəmənin qərarına əməl etməyə çağırsınlar. Hiss edirəm ki, ondan çəkinirlər. Onda görə də bu məsələ bu günə qədər öz təsdiqini tapmayıb”.

Qeyd edək ki, üç məhkəmə qərarına əsasən rejissorun yaşadığı evə dəyən ziyanın qarşılığında 180 min manat təzminat ödənilməsi göstərilib. Bunun cüzi hissəsi dəymiş mənəvi ziyana görə, qalan hissəsi isə evin təmir-bərpa işlərinə hesablanıb.

Həmçinin oxuyun

Manafın qızı ikinci həyat yoldaşından da ayrıldı – VİDEO

Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan da ayrılıb.Müğənninin kürəkəni bu gün keçmiş …

Bir cavab yazın