Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / İtkin düşən hicablı gəlin haqda – Şok

İtkin düşən hicablı gəlin haqda – Şok

Gəncədə itkin düşən qadınla bağlı ilginc xəbərlər yayılıb.

 

Axar.az xəbər verir ki, iki uşaq anası, 31 yaşlı Mətanət Əliyevanın sosial şəbəkədə yazışmaları ortalığa çıxıb.

 

“Kriminal.az”a verilən məlumata görə, qadının Odnoklasniki profili sındırılıb və 20-yə yaxın kişiyə görüş vəd etdiyi üzə çıxıb.

 

Məlumata görə, polis onun yazışdığı adamları aşkarlayaraq ifadələrini alıb və onlar qadınla münasibətdə olmadıqlarını söyləyiblər. Təhlükəsizlik kameralarına da baxış keçirilib və onun bir neçə kameradan sonra gözdən itdiyi aydınlaşıb.

 

O, dekabrın 28-də uşaqlarını məktəbdən götürüb. Amma evə kimi gətirməyib. Gəncənin “Dəyirman dairəsi” adlanan ərazisində uşaqlarını öpüb-qucaqlayıb, evə yol salaraq gedib. Gəncənin Kəpəz Rayon Polis İdarəsindən Axar.az-a bildirilib ki, qadın hələ də tapılmayıb.

 

İtkin düşmüş qadının boyu 1 metr 70 santimetr, orta köklükdə, saçları və gözlərinin rəngi qaradır.

 

Evdən gedərkən əynində qırmızıÖzəl təsvir gödəkcə, göy rəngli cins şalvar və kofta, başında mavi rəngli hicab, ayağında qara ayaqqabı olub. Sayt yazıb ki, polis onun hazırda hicabda olmasına inanmır. Çünki başına hicab bağlasa da, hələ ibadət etdiyini görən olmayıb.

 

M.Əliyevanı görənlərdən DİN-in “102” xidmətinə, həmçinin (022) 256-07-73, (022) 266-33-75 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50, (050) 891-88-88 nömrəli mobil telefonlara zəng edərək Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Həmçinin oxuyun

Bu il dünyadan köçmüş tanınmış simalar – ARAŞDIRMA

2024-cü ilin 3 aydan bir qədər çox hissəsini geridə qoyduq. Bu dövr cəmiyyətimiz üçün bir …

Bir cavab yazın