Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Gənc şair Rəşad Məcidin diplomundan imtina etdi

Gənc şair Rəşad Məcidin diplomundan imtina etdi

Gənc şair Vasif Əlihüseyn Azərbaycan Yazıçılar Birliyində fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinin diplomundan imtina edib.

O, Teleqraf.com-a açıqlamasında bunları deyib: “Bir neçə gün öncə Yazıçılar Birliyindən mənə bildirildi ki, 22 oktyabr saat 14:00-da “Gənc Ədiblər Məktəbi”nin son tədbiri olacaq, sən də gələrsən. Mən də deyilən vaxtda işdən icazə alıb özümü AYB-nin Natəvan klubuna çatdırdım. Tədbirdə Rəşad Məcid bir-bir gəncləri çağırıb onlara diplom deyilən bir kağız parçası təqdim edirdi. Növbə mənə çatdı və düşünmədən diplomu qəbul elədim.

Həmin günün axşamı təltif olunan yoldaşların demək olar ki, əksəriyyəti öz “Facebook” səhifələrində diplomlarının şəklini paylaşdılar. Buna görə çox narahat oldum. Özümü belə bir kampaniyada görmək istəmirdim. Sonra Kəramət Böyükçölün bu barədə bir yazısını oxudum və daha pis vəziyyətə düşdüm. Kəramətin yazısı mənim hisslərimlə tamamilə üst-üstə düşdü və stimul oldu. Düşünürəm ki, Kəramət Böyükçöl və ya başqa yazar dostlar belə yazılar yazmasalar, daha pis fəsadlar ola bilərdi.

Bundan sonra saytlarda çap olunan siyahıdakı 50 adamın içində adımı görəndə doğrusu, lap utandım. Bir neçə gündür ki, götür-qoy eləyirdim: nə edim ki, adım o cərgədə olmasın. Düşünüdüm ki, ən yaxşısı diplomdan imtina etməkdir. Xalq yazıçısı Anar müəllimin və katib Rəşad Mməcidin imzasının yer aldığı diplom deyilən həmin kağız parçası mənim iş yerimdədir. Bu yaxınlarda gətirib AYB-yə təqdim edəcəm.

Başqa bir məsələ ondan ibarətdir ki, bu məktəbin bir jurnalı yoxdurmu ki, orada mənim qaiblərimin sayına baxsınlar? Çünki iki il ərzində davam edən Gənc Ədiblər Məktəbinin cəmi bircə tədbirində – gənclərin Əsəd Cahangirlə görüşündə iştirak eləmişəm.

Bir sözlə, məni o siyahıdan çıxın, yerdə qalan 49 nəfər şair və yazıçı yoldaşlarıma isə uğurlar arzulayam”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın