Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Bazar Store” – də “bazar” açdılar –FOTO 

“Bazar Store” – də “bazar” açdılar –FOTO 

Moderator.az – a Badamdardakı “Bazar Store” mağazasındakı qiymət artımı barədə şikayət daxil olub. Şikayətçi and-aman edir ki, iki gün öncə həmin ticarət mərkəzindən 77 qəpiyə aldığı limonadların qiyməti birdən-birə 20 qəpik artırılaraq 95 qəpik olub. Şikayətçi prezident İlham Əliyevin sahibkarlara nəfəs verən son addımlarından sonra əslində azalmalı olan qiymətlərin artırılmasını özbaşınalıq kimi qiymətləndirir və bu məsələnin ictimailəşdirlmçəsini xahiş edir.

Şikayətçi deyir ki, o qiymət artımının səbəbi ilə maraqlanıb. Satıcı da qiymətin təzəlikcə qalxdığını təsdiqləyərək bildirib ki, firma qiyməti qaldırıb, buna görə də həmin marketlərdə də qiymət artımı olub…

P. S. Görəsən həmin firmanın rəhbəri qurd ürəyi yeməyib ki? Yəqin ki, vergi orqanları belə kəmfürsətliyə qarşı lazımi addımlar ataraq onun sahibinin “pay”ını verəcək…

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın