Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Flora Kərimovadan şəhid ailələrinə böyük sayğı

Flora Kərimovadan şəhid ailələrinə böyük sayğı

“Ad günü mərasimi olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Flora Kərimova ad günündən danışarkən deyib. Sənətkar doğum gününü qeyd etməməyinin səbəbini belə izah edib:”Nə tədbir olacaq, nə də ad günü.. Evimdə olacam, heç bir yerə də getməyəcəm. Heç bir zaman ad günü keçirməmişəm. 18-20-25 yaşlı şəhidlər var. Onların gözü yaşlı ailələri var. Bunun qarşısında mən 81 yaşımı qeyd etməyim vicdanıma ar gəlir. Belə mərasimlər mənlik deyil, təbrik etmək istəyənlərə çox sağ ol deyirəm”- deyə bildirib. 
Qeyd edək ki, Xalq artisti Flora Kərimovanın 81 yaşı tamam olur. Flora Kərimova Ağdam işğal altında olarkən mətbuata müsahibəsində “Ağdam alınmayana kimi ad günü keçirməyəcəm”,-  deyə bildirmişdi.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …