Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Tarif siyasəti qiymət artımına təsir edirmi? – Ekspert

Tarif siyasəti qiymət artımına təsir edirmi? – Ekspert

Azərbaycanda islahatlar davam edir. Bu islahatlar növbəti mərhələdə özünü dövlətin tarif siyasətində də göstərəcək. Belə ki, 2026-cı ilə qədər dövlət tarif siyasətini sadələşdirməyi düşünür. Hazırda sayı 25 olan qiymətləri tənzimlənən mal və xidmətlərin sayı 5 ildən sonra 15-dək azaldılacaq. Bu hədəf “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb. Strategiyaya əsasən mərhələli şəkildə qiymətlərin dövlət tənzimlənməsi azaldılacaq. 
Bu addımı Qaynarinfo-ya şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, tarif siyasətinin sadələşdirilməsi ölkədə daha liberal iqtisadi modelin qurulmasının hədəf olduğunun göstəricisidir: 
“Bunun üçün də institusional dəyişiklik və islahatlara ehtiyac var ki, tarif siyasətindən dövlət geri çəkilirsə, onun yerini iri şirkətlər tutub qiyməti diktə etməsin. Belə vəziyyətin yaranmaması üçün bazar iqtisadiyyatının əsas prinsipləri saxlanılmalıdır”.  

Ekspertin fikrincə, qarşıdakı 5 ildə dərman, nəqliyyat sahəsində dövlətin tarif siyasətindən imtina edilə bilər:
“Belə strategiya varsa, dövlət yəqin ki, kommunal xidmətlərdən başqa, digər sahələr üzrə qiymətləndirmə siyasətindən tədricən çəkiləcək. Dövlətin dərmanın qiymətini tənzimləmə siyasəti effekt verməyib. Əksinə, bu qiymətlərin bahalaşması, keyfiyyətin aşağı düşməsinə səbəb oldu. Yəqin ki, dövlət bu sahə üzrə də tariflərin müəyyənləşdirilməsindən imtina edəcək. Bu hal özünü nəqliyyatda da göstərsə, yaxşı olar. Amma kommunal xidmətlərin qiymətinin dövlət tərəfindən tənzimlənməsi siyasətindən imtina ediləcəyinə inanmıram. Bu sahəni özəlləşdirməyə açıq olmalıdır. Amma görünən odur ki, buna da getmək istəmirlər”. 

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …