Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Eks-nazirdən Rabitə Nazirliyi ilə bağlı təkliflər

Eks-nazirdən Rabitə Nazirliyi ilə bağlı təkliflər

Əli Abbasovun rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən çıxarılması hələ də günün müzakirə mövzusu olaraq qalır. Şübhəsiz Abbasovun işdən çıxarılmasının müəyyən səbəbləri var. Bir çoxları haqlı olaraq düşünür ki, eks-nazirin qələmi fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə qırılıb.

Baş Prokurorluğun yaydığı rəsmi məlumatda Əli Abbasov və digər yüksək çinli nazirlik işçilərinin küllü miqdarda yeyinti faktına görə cəzalandırıldığı məlum olub. Rəsmi məlumatdan göründüyü kimi nazirlikdə nə az-nə çox, düz 95 milyon manat dövlət vəsaiti mənimsənilib.

Əlbəttə, nazirlikdəki nöqsanlar bununla bitmir. Əli Abbasovun nazir kreslosu hələ boş qalsa da təyin olunacaq yeni naziri böyük işlər gözləyir.

Maraqlıdır, yeni təyin olunacaq nazir hansı işləri görməlidir? Nazirlikdə hansı nöqsanlar var?

Sabiq rabitə naziri Nadir Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, yeni təyin olunacaq nazir ilk öncə nazirlikdəki boşluqları araşdırmalı, hansı sahələrdə nöqsanlar, çatışmazlıqların olduğunu araşdırmaldıır.

Eks-nazirin sözlərinə görə, ilkin olaraq nöqsanlara yol vermək xəstəliyinə yoluxan işçilər düz yola yönəldilməlidir. Əgər onları müalicə edə bilməyəcəksə, mütləq belə insanlardan canını qurtarmalıdır: “Hesab edirəm ki, yeni nazir kim olacaqsa, işçiləri başına yığıb məsləhətlər verməlidir. Rüşvətə bulaşan işçilərə deyilməlidir ki, yeni kağız götürüb işə başlasınlar və gələcəkdə hər hansı səhvə yol verməsinlər. Mətbuatda deyilən, yazılan nöqsanlar aradan qaldırılmalıdır”.

N.Əhmədov deyir ki, İKT sahəsində çoxsaylı işlər görülməlidir. Sabiq nazir hesab edir ki, ilk növbədə ölkəyə verilən internet şəbəkəsində monopoliya aradan qaldırılmalıdır.

“Bu yaxınlarda ölkədə ciddi internet problemi yarandı. İnternetin yoxluğu bir çox sahələrdə işə mənfi təsir göstərdi. Demək olar ki, bütün sahələrdə iş dayandı. Əgər ölkəyə verilən internet şəbəkəsi bir neçə yerdən qidalansaydı, belə bir problem yaşanmazdı. Bu isə monopoliyanın nəticəsidir”.

N. Əhmədov yeni rabitə nazirinin növbəti addımının isə internet qiymətlərini aşağı salınması ilə bağlı olduğunu deyir: “Ən azından internetin qiyməti Rusiyanın səviyyəsinə çatdırılmalıdır. Bu gün bütün dünyada hər kəs işini internet vasitəsilə görür. İnternetdən istifadə edə bilməyənə savadsız damğası vurulur. İndiki dövrdə internet əlifbadır. Əlifbanı bilməyən isə savadsızdır. Buna görə də internetdən istifadə hamı üçün əlçatan olmalıdır. Hansı ölkədə 20 manata internet var? Odur ki, yeni nazir ilk növbədə internetin qiymətinin kəskin aşağı salınması ilə bağlı göstəriş verməlidir”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın