Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / “Vashinqton Post”un müxbiri İranda casus kimi həbs edildi

“Vashinqton Post”un müxbiri İranda casus kimi həbs edildi

İranda məhkəmə “The Washington Post” qəzetinin müxbiri Ceyson Rezayanı casusluqda ittiham edərək həbs edib.

Bu barədə yerli mətbuat xəbər verir. Amma hökmün təfərrüatları və müddəti hələ ki, məlum deyil.

İran və ABŞ vətəndaşlıqları olan 39 yaşlı C.Rezayan 2012-ci ildə “The Washington Post” qəzetinin Tehran bürosunu təsis edib.

O, 2014-cü ilin iyul ayında İran hakimiyyəti tərəfindən saxlanmışdı. Onunla birgə fotoreportyor olan xanımı Yeganə Salehi və Tehranda çalışan digər iki amerikalı fotoqraf da həbs edilmişdi.

Həmin ilin oktyabr ayında isə Yeganə Salehi və fotoqraflar azadlığa buraxılıb.

Jurnalistin vəkili Leyla Ahsan jurnalistlərə bildirib ki, Tehran prokurorluğu C.Rezayana qarşı İran hökumətinin siyasi problemləri həll metodu barədə məlumat toplamaqla bağlı ittiham irəli sürüb (BBC).

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın