Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Dünyanın ən bədbəxt insanlarının yaşadığı ölkələr- MARAQLI

Dünyanın ən bədbəxt insanlarının yaşadığı ölkələr- MARAQLI

Birləşmiş Millətlər Təşkilatının tərkibindəki aidiyyatı qurum 2012-ci ildən bu yana dünyanın ən xoşbəxt və bədbəxt insanlarının yaşadığı ölkələri müəyyənləşdirməklə məşğuldu. Əslində, bu tipli xəbərlərə mediada tez-tez rast gəlinir. Lakin onlar müəyyən bir ölkənin (yaxud, ölkələr qrupunun) maraqlarına xidmət edən məhəlli təşkilatlar tərəfindən hazırlanıb. Bu isə planetin ən ali təşkilatı olan BMT-nin məsuliyyət daşıdığı siyahıdır.

Beləliklə, Moderator.az həmin rapora istinadən dünyanın ən bədbəxt insanların yaşadığı ölkələri təqdim edir. Lakin bir detala diqqət edək: burada “bədbəxt” sözü məcazi anlamda işlədilir. Maddi rifah səviyyəsi, təhsil almaq hüquqları aşağı olan, sağlamlıq, su, qida problemləri ilə üzləşən insanlar qrupunu təmsil edir.

Həmin ölkələrin ilk onluğu: Burundi, Tanzaniya, Suriya, Ruanda, Toqo, Qvineya, Liberiya, Cənubi Sudan, Yəmən, Haiti.

Göründüyü kimi siyahının ilk onluğunda əsasən, Afrika ölkələri qərarlaşıb. Əgər ilk “otuzluq”u da təqdim etsə idik, yenə də “qara qitə”nin təmsilçiləri dominant olacaqdı. Yalnız Əfqanıstan, İraq kimi müharibə meydanı olan ölkələrin adları da əlavə olunacaqdı.

Əks qütbə isə yenə də hər zamankı kimi Skandinaviya ölkələri qərarlaşıb. Norveç siyahının ilk pilləsindədir. Danimarka, İslandiya, İsveçrə, İsveç qonşularından geri qalırlar. Avropanın mərkəzi ölkəsi Hollandiya ilə bərabər Kanada, Yeni Zellandiya, Avstraliya da “xoşbəxtlər ölkələri” sırasındadırlar.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın