Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Müalicə üçün uzun, üzücü yolçuluğa başlayıram” – BEHRUDİ

“Müalicə üçün uzun, üzücü yolçuluğa başlayıram” – BEHRUDİ

Tanınmış şair Rüstəm Behrudinin səhhətində problem yaranıb. Şair müalicə almaq məqsədilə xaricə gedib.

Teleqraf.com xəbər verir ki, bu haqda Rüstəm Behrudinin özü məlumat verib.

Şair bildirib ki, bir saatdan sonra müalicə almaq üçün uzun və üzücü bir yolçuluğu başlayır: “Ancaq kim nə deyir, desin, insan hara gedir-getsin, içindəki ağrı və sevgini özü ilə aparır”.

Xatırladaq ki, son dəfə Rüstəm Behrudinin səhhətində ötən ilin noyabrında problem yaranıb. O, həmin vaxt Avrasiya Hospitalında müalicə alırdı. Şikayəti daha çox ürək ağrıları və təzyiqlə bağlı olub.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın