Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Şou Biznes / Deputat azərbaycanlı iş adamını suçladı

Deputat azərbaycanlı iş adamını suçladı

Rza Zərrablar qazandı, millət isə uduzdu.

 

Axar.az xəbər verir ki, bunu türkiyəli deputat Oqtay Vural parlamentdə çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Ankara Rza Zərrabı cəzalandırmalıdır:

 

“Çirkli pulların yuyulması ucbatından Zəncani İranda həbs cəzasına məhkum edilir. Zəncaninin ortağı Rza Zərrabın önünə bu çirkli pulun yuyulması üçün yatanların hesab verəcəyi günün gələcəyini düşünmürsünüzmü? Bu pullar hara gedib? Niyə Zərrab cavab vermir? Zərrab 84 milyard avro pulun leqallaşdırılması ilə məşğul olub. Ədliyyə, maliyyə nazirlikləri niyə İrandakı dosyeni Türkiyəyə gətirmədilər? Türkiyədə bunlarla kimlərin əlaqəsi var? Hökumətin bunu cavablandırması gərəkmirmi? Rza Zərrablar qazandı, millət isə uduzdu”.

 

Qeyd edək ki, bu gün İran məhkəməsi milyarder Babək Zəncaninin edam edilməsilə bağlı qərar qəbul edib. Zəncani İranın korrupsiyada ittiham olunaraq, 2 il əvvəl həbs edilmişdi.

 

Zəncaninin 14 milyard dollar sərvəti var. Rza Zərrab onun Türkiyədəki əsas ortağı hesab edilir.

 

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …

Bir cavab yazın