Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / İnternet alış – verişində ciddi təhlükə – Diqqətli olun!

İnternet alış – verişində ciddi təhlükə – Diqqətli olun!

Onlayn ticarət dünyada geniş yayılıb. Həm rahat həm də sərfəli. Bu sistemlə alış-verişə ölkəmizdə də maraq artır. Amma bundan istifadə edən dələduzlar da var.
Moderator.az anspress-ə istinadən xəbər verir ki, alıcıların elektron ticarətə üstünlük verməsinin səbəbi ilk növbədə vaxta və vəsaitə qənaət etməsi ilə bağlıdır. Ancaq onların əksəriyyəti almaq istədikləri malları ölkə daxilindən deyil, xüsusi saytların imkanlarından istifadə etməklə xaricdən sifariş verirlər.
Bu zaman isə onlayn ticarətin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəflərini də nəzərə almaq lazımdır. Belə ki, alıcı kimi onlayn ticarət vasitəsilə mal sifariş etdikdə həmin saytlarda alıcının kredit kartının nömrəsi və şifrəsi qeyd olunur. Bu məlumatların saytların birindən digərinə ötürülməsi zamanı isə 3-cü bir tərəfin əlinə keçməsi nəticəsində müştərinin hesabından pul çıxarıla bilər.
İT üzrə mütəxəssis Rasim Əliquliyev bu cür ticarətlərdə kiçik hesablı ayrıca kartdan istifadə etməyi məqsədəuyğun hesab edir:
“Məqsədəuyğundur ki, internet şəbəkəsində ödənişlər aparmaq üçün böyük məbləğə malik ödəniş kartlarından deyil, hesabında ediləcək ödənişin məbləği qədər vəsait olan ayrıca kartdan istifadə edilsin.”
Onlayın ticarət edərkən kiber oğrulanın hədəfinə çevrilməmək üçün güclü parollar yaradılmalı və kredit kartı məlumatlarının 3-cü şəxslər tərəfindən oğurlanmaması üçün mütləq hesabdan çıxış düyməsindən istifadə etmək lazımdır.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın