Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Daxili Qoşunlar Nardarana girdi

Daxili Qoşunlar Nardarana girdi

Nardaran qəsəbəsi dörd bir tərəfdən hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.

Qəsəbə sakini Natiq Kərimovun Trend-ə verdiyi məluamta görə, hazırda kimsənin qəsəbədən çıxmasına icazə verilmir: “Hazırda kənddə Daxili Qoşunların, həmçinin Daxili İşlər Nazirliyinin əməkdaşları, polislər var. Heç evdən çıxmağa icazə verilmir. Kənarla əlaqəmiz yoxdu, telefonlar işləmir”.

*   *   *10:00

Bu gün səhər tezdən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.

Qəsəbə ətrafına xüsusi texnika cəlb olunub.

Virtualaz.org bildirir ki, Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində avtomobillərin hərəkəti birtərəfli dayandırılıb.

Buna səbəb səhər saatlarından başlayaraq Nardaran sakinlərinin Maştağa qəsəbəsindən Nardaran istiqamətində gedən yolu bağlamalarıdır.

Aksiya iştirakçılarının əllərində dəmir armaturların, daş parçalarının olduğu bildirilir. Onlar meyitlərin qaytarılmasını tələb edirlər.

Hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı əlavə məlumat yayacağı gözlənilir.

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın