Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Cahangir Əsgərov bir vəzifəsini itirdi

Cahangir Əsgərov bir vəzifəsini itirdi

“Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov Dövlət Mülki Aviasiya Administrasiyasının Kollegiyasının tərkibindən çıxarılıblar.

Bu, Nazirlər Kabinetinin “Dövlət Mülki Aviasiya Administrasiyasının Kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin 2008-ci il 16 iyul tarixli 159 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 2 sentyabr tarixli qərarında əksini tapıb.

Qərara əsasən Dövlət Mülki Aviasiya Administrasiyasının yeni tərkibi təsdiqlənib. Qərara əsasən Kollegiyanın sədri Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov, Kollegiyanın üzvləri – Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun müavini Hacıağa Əliyev, Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun müavini Hacıağa Hacıyev, Aviasiya və hava məkanından istifadə üzrə Dövlətlərarası Şuranın icraçı direktoru Eldar Bağırzadə, Dövlət Mülki Aviasiya Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Samir Bağırov, Dövlət Mülki Aviasiya Administrasiyası Lisenziyalaşdırma və reyestrlərin aparılması şöbəsinin müdiri Fariz Əliyev, Dövlət Mülki Aviasiya Administrasiyası Aviasiya təhlükəsizliyi şöbəsinin müdiri Mübariz Əliyev, Dövlət Mülki Aviasiya Administrasiyası Uçuşların təhlükəsizliyinə nəzarət şöbəsinin müdiri Muxtar Kərimov, Dövlət Mülki Aviasiya Administrasiyasının mütəxəssisi-hüquq məsləhətçisi Ələsgər Abdullayev təyin ediliblər.

Kollegiyanın yeni üzvləri sırasında Aviasiya və hava məkanından istifadə üzrə Dövlətlərarası Şuranın icraçı direktoru Eldar Bağırzadə yer alıb.

Qərar imzalandığı gündən qüvvəyə minib.(APA)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın