Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Dünya çempionu Zabit Səmədov Bakıda azarkeşləri ilə görüşdü

Dünya çempionu Zabit Səmədov Bakıda azarkeşləri ilə görüşdü

“WBC Muaythai” versiyası üzrə dünya çempionu Zabit Səmədov sentyabrın 8-də “Park Bulvar” ticarət-əyləncə mərkəzində mətbuat konfransı keçirib.

Dünya çempionu bir neçə gün əvvəl Azərbaycan Prezidenti ilə görüşməsindən və dövlətimizin başçısının onu qələbə münasibətilə təbrik etməsindən sonsuz qürur duyduğunu bildirib.

Z.Səmədov rumıniyalı Katalin Moroşanu ilə keçirdiyi həlledici döyüş barədə təəssüratlarını bölüşüb.

O, Azərbaycanda “WBC Muaythai” versiyası üzrə məktəbin yaradılmasının nəzərdə tutulduğunu deyib. Dünya çempionu, həmçinin gələcəkdə filmlərə çəkilmək istədiyini bildirib.

Mətbuat konfransından sonra Z.Səmədov azarkeşləri ilə xatirə şəkili çəkdirib, onlarla söhbət edib.(AzərTAc)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın