Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Belə getsə bəşəriyyət ANASIZ qalacaq

Belə getsə bəşəriyyət ANASIZ qalacaq

 Dünyada heç vaxt əhalinin demoqrafiyası sabit qalmır. Hal-hazırda demoqrafik dəyişikliklər çox sürətlə gedir və dünya əhalisinin sayının 2040-cı ildə10 milyard olacağı deyilir. Baş verən artım və dəyişikliklər özü ilə bərabər müxtəlif problemlər də gətirir. Bu problemlər müxtəlif ölkələrdə müxtəlif cür özünü biruzə verir. Azərbaycanda yaşanan əsas problem doğulan oğlan uşaqlarının sayının artması ilə özünü göstərir. Əhalimizin sayının 10 milyona çatması sevindirici olsa da hər doğulan oğlana düşən qız sayında əmələ gələn kəskin fərq gələcəyimizin təhlükədə olması deməkdir.

Hər doğulan 105 oğlana 100 qız düşməli olduğu halada, hər 112 oğlana100 qız düşür. Bu o deməkdir ki,evlənmə yaşına çatan oğlanlarımız qız tapmadıqda başqa millətdən olan qızlarla evlənməli olacaq və beləliklə də azərbaycanlı ocağının istisinə öz qızlarımız deyil özgə millətdən olan qızlar isinəcək. Hər il dünyada cinsə görə 55 milyon körpə qətlə yetirilir. Ölkəmizdə də demo balansın pozulmasına əsas səbəb kimi cinsə görə hamiləliyin süni yolla pozulmasını göstərmək olar . Qızların 15-16 yaşda ərə verilməsi üstəlik aborta məruz qalması dəhşətli bir haldır. Azərbaycan ailələrində hökm sürən “kişinin oğlu olar” ifadəsi çürük fəlsəfədən başqa bir şey deyil. Bəxtinə düşən ovlad payının qız yaxud oğlan olmasına önəm verən, qız olanda “yas tutan”,oğlan olanda şadyanalıq quran valideynlər ahıl yaşa çatanda ona baxacaq,öləndə yasını tutub ağlayacaq qız həsrəti çəkirlər.Qızlar bizə yalnız yasda ağlamaq,toyda oynamaq üçünmü lazımdır? Atalarımızın gözəl deyimi var: ”Oğlan arxadırsa qız yaraşıqdır”. Mətbuatdan və efirlərdən azmı görmüşük beş oğlu olub bir qızın ümidinə qalan valideynləri.Hal hazırda Rusiya və digər xarici ölkələrdə yaşayan oğlanlarımızın əksəriyyətinin orada qalıb əcnəbi qızlarla evlənmələri də demo balansın pozulmasının digər bir tərəfidir.

Onlardan törəyən azərbaycanlı balalar bizim millətə yadlaşır,damarlarında azərbaycanlı qanı axsa da sapı bizdən olan baltalara çevrilirlər. Qızı ana bətnindəcə qətlə yetirən valideynlər, təsəvvür edin ki,oğlununuz boyüyüb evlənmə yaşına çatıb və siz oğlunuzu evləndirmək üçün qız tapmırsınız – kimi alacaqsınız? Oğlunuzun hansısa bir transala evlənməyinə razı olacaqsınızmı?-Məncə düşünməyə dəyər. Türkiyə,Peru və Kanadanın ortaq verdiyi qərara əsasən BMT 2012-ci ildən bəri oktyabr ayının 11-ni Dünya Kız Cocukları günü elan etmişdir.Məqsəd qız uşaqlarına qarşı edilən ayrıseçkiliyin, hələ ana bətnində ikən qızlara qarşı törədilən təcavüzün və zorakılığın qarşısını almaq üçün atılan addımlardan ibarətdir.Bu qərara rüspublikamızın da qoşulmasını istərdik. Demoqrafik göstəricilərin dəyişməsini nəzərə alaraq qanunları daha da sərtləşdirmək lazımdır. Dölün qız olduğunu bildikdən sonra aborta razılıq verən ana və həkim ciddi şəkildə cəzalandırılmalıdırlar.Qətl qətldir ,nə fərqi var kiçikdir yaxud boyük. Qızlarımızı ana bətnindəcə boğsaq tarix Burlaxatunları,Nigarları,Həcərləri necə yetışdirəcək. Belə getsə bəşəriyyət ANASIZ qalacaq.
Yeganə Hacıyeva AVP Qadınlar Şurasının sədri

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın