Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Uşaq nə zaman anadan alına bilər və hansı hallarda atanın himayəsinə verilir? – Hüquqşunas rəyi

Uşaq nə zaman anadan alına bilər və hansı hallarda atanın himayəsinə verilir? – Hüquqşunas rəyi

Araşdırmalara görə, çoxsaylı problemlərlə rastlaşmağımızın səbəbi öz hüquqlarını bilən insanların olduqca azlıq təşkil etməsidir. Ölkədə boşanmaların sayı günü-gündən artır. Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda ananın yanında qalır. Nikahı pozulmuş ailələrdə uşağın valideynlərdən hansının yanında qalması problemi ortaya çıxır. Amma əksər vaxtlarda azyaşlı uşaq ananın himayəsində qalır.

Lakin uşaqlarından ayrı yaşayan valideyn isə valideynlik hüququndan məhrum olmur. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna və öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq hüququna malikdir.
Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər: Öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; Alimenti qəsdən ödəmədikdə; Heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə. Valideynlik hüquqlarından sui-istifadə etdikdə;Uşaqlarla amansız davrandıqda, onları fiziki və psixi təzyiq altında saxladıqda;Xroniki alkoqol və narkomaniya xəstəsidirsə;uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.
Valideynlərdən birinin maddi-məişət şəraitinin yüksək olması özü-özlüyündə uşağın onun yanında qalması tələbinin təmini üçün ona mütləq və şərtsiz üstünlük vermir. Əsas məqsəd uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisini, qayğısını, nəvazişini hiss etməsinin, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır.

Hüquqşunas Samirə QASIMOVA 

Azinforum.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın