Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Balakəndə atalığından hamilə qalan 12 yaşlı qız barədə YENİ XƏBƏR

Balakəndə atalığından hamilə qalan 12 yaşlı qız barədə YENİ XƏBƏR

Balakən rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq, onu hamilə qoyan şəxs məhkəmə qarşısına çıxarılıb.
Azinforum.az lent.az-a istinadən xəbər verir ki, Balakən rayon Məhkəməsinin qərarı ilə 12 yaşlı C.Ş-nı zorlayaraq bəkarətini pozan və onun hamilə qalmasına səbəb olan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3-cü (Zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə açılmış cinayət işinin istintaqı davam etdirilir.
Bu arada, məlum olub ki, atalığı tərəfindən zorlanan yeniyetmə qızın anası onun doğma atası ilə 7 il əvvəl ayrılıb. Bundan sonra uşağın anası Elçinlə tanış olub və dini kəbin kəsdirərək birgə yaşamağa başlayıblar. Bir müddət əvvəl isə onlar kafe icarəyə götürərək, birgə işləməyə başlayıblar. 12 yaşlı qızın zorlanması hadisəsi də anası kafedə işdə olarkən baş verib. Evdə heç kimin olmamasından istifadə edən Elçin Şindiyev onu zorlayıb.
Bildirilir ki, C.Ş-nın 22-25 həftəlik hamilə olması o, bacısı və babası ilə birgə xəstəxanaya müraciət edərkən məlum olub. Qızın anası bildirib ki, övladının səhhətindəki problemdən şübhələndiyi üçün onu bacısı və babası ilə həkim müayinəsinə göndərib, işi olduğu üçün özü xəstəxanaya getməyib.
Qeyd edək ki, törətdiyi əməl sübuta yetirilərsə, Elçin Şindiyevi səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
26.08.2017 13:45
Xəbər verildiyi kimi  Balakəndə 12 yaşlı qız hamilə qalıb. 2005-ci il təvəllüdlü C. Ş (ad-soyad şərtidir) səhhətində yaranmış problemlə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ultrasəs müayinəsi zamanı onun 22-23 həftəlik hamilə olduğu müəyyənləşib. Dərhal bu barədə Balakən rayon Prokurorluğuna məlumat verilib.
Azinforum.az xəbər verir ki, Balakən rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə təqsirləndirilən şəxs artıq tutulub. Bu, 12 yaşlı qızın anasının vətəndaş nikahında qeyri-rəsmi yaşadığı şəxsdir:
“Balakən rayon Prokurorluğuna hadisə ilə bağlı məlumat avqustun 25-i daxil olub. Hazırda cinayət işi başlanılıb və istintaq davam edir. Belə ki, təqsirləndirilən şəxs tutulub  və barəsində həbs qətimkan tədbirləri görüləcək.
Qeyd edək ki, bu şəxs uşağın anasının qeyri-rəsmi yaşadığı Şindiyev Elçin Qədir oğludur”.
11:00
Balakəndə 12 yaşlı qız hamilə qalıb.
Azinforum.az xəbər verir ki, rayon hüquq-mühafizə orqanlarından lent.az-a daxil olan məlumata görə, rayon sakini, 2005-ci il təvəllüdlü C. Ş (ad-soyad şərtidir) səhhətində yaranmış problemlə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
 Ultrasəs müayinəsi zamanı onun 22-23 həftəlik hamilə olduğu müəyyənləşib.
 Dərhal bu barədə Balakən rayon Prokurorluğuna məlumat verilib.
 Daxil olan məlumat əsasında Balakən rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın