Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / İlqar Məmmədov həbsdə qaldı, Natiq Cəfərov bəraət aldı

İlqar Məmmədov həbsdə qaldı, Natiq Cəfərov bəraət aldı

“Respublikaçı alternativ” (REAL) hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində başlanmış cinayət işinə xitam verilib. Virtualaz.org xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində vəkil Cavad Cavadov yazıb.

Vəkil qeyd edib ki, bu gün Natiq Cəfərli ilə birlikdə Baş Prokurorluğun Ağır cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb.

“Hərəkətlərində cinayət tərkibi olmadığına görə barəsində Cinayət Məcəlləsinin 192.1 və 308.2 maddələri üzrə cinayət işi başlanmış Natiq Cəfərli barəsində işə xitam verildiyini bildirdilər. Axtarış vaxtı ondan götürülmüş bütün sənədlər, şəxsiyyət vəsiqəsi, əmlak sənədləri və s. qaytarılıb. Eyni zamanda qeyd olunur ki, onun ölkədən çıxışına qoyulmuş məhdudiyyət də aradan qaldırılacaq”, – vəkil yazıb.

Xatırladaq ki, Natiq Cəfərli qeyri-qanuni sahibkarlıq fəaliyyətində və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilirdi.

Eyni zamanda, REAL-ın lideri İlqar Məmmədov məhkum edildiyi cəzanı çəkməkdə davam edir. 2013-cü ildə o, İsmayıllıda baş vermiş kütləvi iğtişaşlarda iştirak etdiyi üçün 7 il müddətinə həbs edilmişdi.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın