Cümə , Avqust 23 2019
Ana səhifə / Şou Biznes / Bakı sakini tələb edir: “Rəis müavini pulumu geri qaytarsın”

Bakı sakini tələb edir: “Rəis müavini pulumu geri qaytarsın”

“Qax Rayon Polis Şöbəsinin rəis müavini Azər Cəfərov pulumu qaytarmasa, hər yerə şikayət edəcəyəm”.

Bunu virtualaz.org saytına Bakı şəhər sakini Rəhim Cəfərov deyib.

Onun sözlərinə görə, yanvarın 8-də yeni tikilməkdə olan mənzilinə ucuz qiymətə taxta gətirmək üçün Qax rayonuna gedib. Amma bu səfər Rəhimə baha başa gəlib. Belə ki, yerli meşəbəyidən aldığı 3 kub taxtanı “Qazel” markalı avtomobilə yığıb Bakıya yola düzəlməmiş polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb: “İki gün polis şöbəsində saxladılar, çox incitdilər. Polis rəisinin müavini Azər Cəfərov dedi ki, sənin barəndə cinayət işi qaldırılacaq. Əvvəlcə 2 min manat istədilər. Meşəbəyi malın sənədlərini gətirəndən sonra 500 manatımı alıb buraxdılar.

Əgər mənim əməlimdə qanuna zidd nəsə var idisə məni tutan kimi verərdi təhqiqata. İndi tələb edirəm, pulumu qaytarsınlar, səsini də yazmışam, telefonumda hamısı var. Əgər pulumu qaytarmasa hər yana şikayət edəcəyəm”.

R.Cəfərovun üzləşdiyi daha bir maraqlı məqam isə iki gün ərzində polis şöbəsində şahidi olduğu faktlardır: “Azər Cəfərov orada çox haqsızlıqlar eləyir. Bu iki gün ərzində gözümün qabağında nələr baş vermədi?! Rəis müavini öz adamlarını müştəri qismində bazara göndərir, dollar alqı-satqısı ilə məşğul olanları tutub gətizdirir şöbəyə, pullarını alıb sonra buraxır.

Mən orada olanda dollar satan ağsaqqal bir kişini gətirdilər, kişi cibindəki pulun hamısını çıxarıb qoydu stolun üstünə. Baxın, adamları bu cür qorxu içində saxlayırlar. Bütün yerli camaat Azər Cəfərovun əlindən qan ağlayır”.

Səsləndirilən iddialarla bağlı Qax Rayon Polis Şöbəsinin rəis müavini Azər Cəfərovla əlaqə saxladıq. Rəis müavini virtualaz.org saytına açıqlamasında Rəhim Cəfərovun dediklərinin heç bir əsası olmadığını bildirdi: “Tamamilə yalandır. Həmin faktla bağlı istintaq bölməsində araşdırma aparılıb və nəticədə həmin taxta materiallarının qanuni olması ilə bağlı sənəd təqdim olunub”.

Bazarda dollar satışı ilə məşğul olan şəxslərin bölməyə gətirilib, pulları alındıqdan sonra sərbəst buraxılmasını isə rəis müavini “şər-böhtan” adlandırdı.

Həmçinin oxuyun

Azərbaycanlı müğənninin qızı göl kənarında belə görüntüləndi – VİDEO

Müğənni Təranə Qumralın qızının paylaşdığı yeni videosu müzakirələrə səbəb olub. Unikal.org xəbər verir ki, Qumral həyat …

Bir cavab yazın