Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Təhsil haqqı 4 min dollar oldu, dosentlər işdən qovulacaq – Rektordan ilginc açıqlamalar

Təhsil haqqı 4 min dollar oldu, dosentlər işdən qovulacaq – Rektordan ilginc açıqlamalar

Azərbaycan Dövlət İqtisad Universitetində təhsil haqları artırılmayacaq.

 

Bunu ADİU rektoru Ədalət Muradov deyib. O bildirib ki, ADİU-da yalnız əcnəbi tələbələrin təhsil haqları artırılıb: “Əcnəbi tələbələr üçün təhsil haqqı 4000 dollar müəyyən olunub”.

 

Universitetdə 917 nəfər müəllimin çalışdığını nəzərə çatdıran rektor qeyd edib ki, bu rəqəm çoxdur: “Yaşı 70-dən yuxarı, elmi dərəcəsi olmayan, habelə yaşı 75-dən yuxarı dosentlərin işdən çıxarılması nəzərdə tutulur. Yalnız professorlar istədikləri qədər universitetdə çalışa biləcəklər”.

 

Rektor əlavə edib ki, rəsmi rəqəmlərə görə, universitetin məzunlarının 38 faizi 1 ay müddətində işlə təmin olunub. Ə. Muradov qeyd edib ki, Rusiya Federasiyasının Dərbənd şəhərində tələbə qəbulu aparılması üçün artıq lisenziya alınıb: “Eyni zamanda, iqtisadi mühəndisliklə bağlı ixtisasların açılması da gündəmdədir”.

APA

 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın