Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Şou Biznes / Azərbaycanlılar 62 ölkəyə vizasız gedə bilərlər

Azərbaycanlılar 62 ölkəyə vizasız gedə bilərlər

Henley & Partners” (“Henli və tərəfdarları”) şirkətinin viza məhdudiyyəti indeksləşdirilməsinə əsasən, Azərbaycan 74-cü yerdədir.

Azinforum.az “Report.az”-a istinadən xəbər verir ki, indeksləşdirmə BMT-yə üzv 193 ölkə arasında aparılıb.

Ümumiyyətlə, Azərbaycan vətəndaşları 62 dövlətə vizasız səfər edə bilərlər.

Məlumata görə, birinci yerdə Almnaniyadır. Bu ölkə vətəndaşlarının 176 dövlətə vizasız səyahət etmək imkanı var. İkinci yerdə İsveç (175 ölkəyə vizasız səyahət), üçüncü yerdə 174 dövlətə vizasız səyahət etmək imkanı ilə Danimarka, İspaniya, İtaliya, Finlandiya və ABŞ gəlir.

Sonuncu üç yeri Pakistan (28 ölkəyə vizasız səyahət), İraq (27), Əfqanıstan (24) tutur.

Qeyd edək ki, Ermənistan bu siyahıda 78-ci yerdədir və vətəndaşlarının 58 ölkəyə vizasız səfər etmək imkanı var.

Həmçinin oxuyun

“Maşın”da qalmaqal: Lalə Suna ilə “atışdı” – VİDEO

“Maşın”da mübarizə davam edir.   Unikal.org xəbər verir ki, şounun gedişində Ramal Sunaya səslənərək birlikdə əllərini çəkib …

Bir cavab yazın