Ana səhifə / Şou Biznes / Əməkdar artist: “İnsan nə qədər xəstə yatağında olar?!”

Əməkdar artist: “İnsan nə qədər xəstə yatağında olar?!”

Əməkdar artist, Akademik Milli Dram Teatrının əməkdaşı Əjdər Həmidova qoyulan qadağa aradan götürülüb.

Bu barədə AzNews.az-a açıqlamasında onun özü məlumat verib. O, bildirib ki, həkimlər artıq ona səhnəyə çıxmağa və tamaşalarda oynamağa icazə verib:

“7 tamaşada oynamışam. Səhhətim yaxşıdır, özümü yaxşı hiss edirəm. Teatrsız qala bilmərəm, bundan sonra bütün tamaşalarımı oynayacam.”

Əjdər Həmidov 10 il bundan əvvəl ağır xəstəlik keçirdiyini açıqlayıb: “Bezmişdim, insan nə qədər xəstə yatağında olar, yaşamaq istəmirdim. İnsult keçirmişdim, bir yandan əsəb sistemim pozulmuşdu. Bir tərəfim yox idi. İntihar etmək istədim, fikirimdən daşındım.”

Bir müddət bundan əvvəl Əməkdar artisti Əjdər Həmidovun səhhətində problemlər yaranmışdı. Ağır vəziyyətdə xəstəxanaya aparılan aktyora həkimlər səhnəyə çıxmaq üçün qadağa qoymuşdular.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın