Çərşənbə , May 27 2020
Ana səhifə / Şou Biznes / Alı Alıyev «günahkarı» tapdı: QATAR və İNƏK

Alı Alıyev «günahkarı» tapdı: QATAR və İNƏK

Füzulinin icra başçısı deyib ki, qatarın inəyi vurması camaatı ayağa qaldırıb

Füzuli rayonunda baş verən aksiyanın davam etdiyi bildirilir. Lakin rayon İcra Hakimiyyəti durumun sabit olduğunu, aksiyaçıların dağılışdığını deyirlər. Səhər saatlarında isə Bala Bəhmənli kəndinə Daxili Qoşunların yeridildiyinə dair məlumat yayılmışdı.

JAM.AZ xəbər verir ki, ən unikal və ilginc açıqlamanı isə Füzuli rayonunun icra başçısı Alı Alıyev verib. Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, icra başçısı camaatın ayağa qalxmasının nə devalivasiya, nə bahalaşma, nə də sosial problemlərlə bağlı olmadığını deyib. Və bildirib ki, problemin kökündə inək məsələsi dayanır. Məlumatlara görə, icra başçısı deyib: «Heç bir problem yoxdur. Camaatın etiraz etməsinə səbəb Bakı-Horadiz qatarı Bala Bəhmənli kəndinin ərazisindən keçərkən inəyi vurması olub».

P.S. Bu açıqlamaya hər hansı bir şərh də vermək olmur. Yəni, Alı Alıyevin məntiqinə quzu kəsməkdən başqa çarə yoxdur.

Həmçinin oxuyun

Xatun ilə Sevil və Sevinc arasında nə baş verir? – QALMAQAL

Bir müddət öncə müğənni Xatun Əliyevanın ATV kanalında yayımlanan “7 canlı” axşam proqramında şou-biznesin əkiz …

Bir cavab yazın