Ana səhifə / Siyasət / Abşeronun xanım icra başçısının anti-böhran tədbirləri: ödənişlər dollarla alınır

Abşeronun xanım icra başçısının anti-böhran tədbirləri: ödənişlər dollarla alınır

Neftin kəskin ucuzlaşması, manatın ikinci devalvasiyası bir çox sahələrdə maliyyə çətinliklərinə səbəb olub. Problem büdcə təşkilatlarının maliyyələşməsində özünü daha çox biruzə verir. Bir neçə gün əvvəl Ağcabədidə büdcə təşkilatlarında çalışanların maaşlarından 50 manat kəsilməsi barədə xəbər vermişdik. Bu dəfə bənzər xəbər Abşeron rayonundan gəlib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə qaynar.info məlumat yayıb. Belə ki, rayonun 9 nömrəli orta məktəbində müəllimlərin maaşı köçürülüb. Amma heç də bütün müəllimlərin maaşlarını ala bilməyib. Belə ki, 10 müəllimə məvacib verilməyib. Onlara bildiriblər ki, gələn ay iki aylıq maaşlarını birdən köçürəcəklər. Bəlli olub ki, bu hadisə təkcə 9 nömrəli məktəbdə baş verməyib. Belə ki, rayonun bir çox məktəblərində bəzi müəllimlərə maaş verilməyib və onlara gələn ayı gözləməyi tapşırıblar.

Saytın əldə etdiyi bir digər məlumata görə, Abşeron rayonundakı məktəblərlə yanaşı bir sıra büdcə təşkilatlarında da maaşlar kəsilib. Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığı ilə böhrandan çıxmaq üçün məktəb direktorlarının və səhiyyə obyektlərindən aylıq alınan ödənişlər də çoxaldılıb. Eyni zamanda rayon ərazisində həyata keçirilən tikinti işlərindən alınan “haqq”lar da dollarla alınmağa başlanılıb. Belə ki, Xırdalanda, Saray qəsəbəsi, Mehdiabad, Qobu qəsəbəsi, Ceyranbatan qəsəbəsi, Hökməli qəsəbəsi, Masazır, Məmmədli kəndi, Fatmayı, Görədil kimi yaşayış evlərinin daha çox tikildiyi ərazilərdə tikinti üçün icra hakimiyyətinin yerli nümayəndələri tərəfindən alınan “icazələr” məhz xarici valyuta ilə həyata keçirilir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın