Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / 104 saylı dairədən 4 namizəd geri çəkildi

104 saylı dairədən 4 namizəd geri çəkildi

Nazim Məmmədov: “İndiki deputat ona irad bildirənləri “siz hakimiyyətə qarşı çıxırsınız” deyə şantaj edir”

Azinforum.az xəbər verir ki, bu gün 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən 4 nəfər namizədliyini geri götürüb. Onlar məktəb direktorları Tofiq Mirzəyev, İfaddin Əliyev, sahibkarlar Dilqəm Saadov və Hafiz Əmirslanovdur.

Həmin dairədən deputatlığa namizəd Nazim Məmmədov özünün Facebook səhifəsində rəqiblərininin seçkidən imtinasnıı belə dəyərləndirib: “Hamı başa düşür ki, yarış mənimlə indiki deputatın arasında gedir, o deputatın ki, insanlar onu hər görüşdə “pisikdirirlər”. Amma o da ona irad tutanları “siz hakimiyyətə qarşı çıxırsınız” deyə şantaj edir. Bu hərəkətlərə görə utanmaq lazımdır, utanmaq. Şantaj əvəzinə 10 ildə heç olmasa 5 dəfə seçicilərin yanında olmaq, bir iki məsələ haqqında danışmaq lazım idi, cənab deputat!”-deyə N.Məmmov vurğulayıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın