Ana səhifə / Şou Biznes / Əhliman Əmiraslanov da kisənin ağzını açdı: Bir nəfər 50 manat

Əhliman Əmiraslanov da kisənin ağzını açdı: Bir nəfər 50 manat

65 saylı Saatlı-Sabiraabad-Kürdəmir Seçki Dairəsindəna namizəd olmuş rektor görüşə bələdiyyə və icra nümayəndələrinin əliylə adam yığdırır

65 saylı -Sabiraabad-Kürdəmir Seçki Dairəsindən deputatlığa namizəd, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov görüşə seçici gətirmək üçün pul xərcləməyə başlayıb. Bu barədə rayondan məlumat verilib.

Məlumatda deyilir ki, Əmiraslanovun Bakıdan gətirdiyi adamları yerli icra nümayəndələri və bələdiyyələrlə danışıq apararaq, görüşə adam gətirilməsini istəyirlər. Bunun üçün onlara hər nəfər üçün 50 manat pul təklif olunur. Və bildirilir ki, hər görüşə orta hesabla 50-60 nəfər adam gəlməli və 1-2 saat orada dayandıqdan sonra getməlidir.

Verilən məlumatda o da deyilir ki, hazırda sözügedən dairədə şıdırğı alver gedir. Yerli icra nümayəndələri ilə bələdiyyələr müntəzəm olaraq “dəstələr” hazırlayıb, Əmiraslanovla görüşə göndərirlər. JAM.AZ

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın