Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Əkrəm Əylisli və Vahe Avetyanı müqayisə etmək olarmı?

Əkrəm Əylisli və Vahe Avetyanı müqayisə etmək olarmı?

Erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyanın Azərbaycana səfəri, Bakıda düşmən ölkənin işğalçı mövqeyi ilə bağlı səsləndirdiyi fikirlər və Xocalı abidəsini ziyarət etməsi son iki günün əsas müzakirə mövzusu oldu. Gedən proseslərin fonunda 2013-cü ilin yanvarında üzə çıxan “Daş yuxular” romanına görə ölkəni silkələyən yazıçı Əkrəm Əylisli yenidən gündəmə gəlib. 
Sosial şəbəkələrdə Ə.Əylisli ilə bağlı müzakirələr qalmaqallarla da müşayiət olunur. Hətta bununla bağlı ikitərəlik də yaranıb. Bir tərəf erməni və azərbaycanlı yazıçını müqayisə edir, digər tərəf bunun əleyhinə çıxaraq, müqayisənin doğru olmadığını bildirirlər. Birincilər müqayisələrinə arqument kimi “Daş yuxular”da azərbaycanlılarla ermənilərin bir müddətdən sonra yenidən birlikdə yaşayacaqları ilə bağlı fikirlərin önə çəkildiyini, eyni zamanda, erməni yazıçının Bakı səfərində də bu ideyanın rüşeymlərinin  göründüyünü vurğulayırlar. Müqayisənin əleyhinə olan tərəfin arqumentləri kifayət qədər əsaslıdır. Belə ki, ikincilər “Daş yuxular”ın təcavüzə məruz qalan xalqın yazıçısı tərəfindən yazıldığını, Bakıya səfər edən Avetyanın isə təcavüzkar ölkənin ictimai xadimi olduğunu qeyd edərək, müqayisənin ölçüyə gəlməyəcək dərəcədə fərqli olduğunu qeyd edirlər.
Картинки по запросу Sabir Rüstəmxanlı
VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı V.Avetyan və Ə.Əylisli arasındakı müqayisəni doğru saymır: “Erməni yazıçının yazıları ilə o qədər yaxından tanış deyiləm. Açığı izləməmişəm. Amma ən azından Azərbaycana sülh missiyası ilə gəlir. Ola bilsin ki, Ermənistanda indiki rejimi tənqid edən yazıları var. Bunu sadəlövh qəbul etmək olmaz. Onun  Bakıya gəlməsi ilə bağlı Ermənistanda müəyyən rəylərin olacağı gözləniləndir. Onun gəlişini Əkrəm Əylislinin romanı ilə müqayisə etmək olmaz. Çünki “Daş yuxular”da azərbaycanlılar və ermənilər arasında tarixi boyu olan ziddiyyətli münasibətlər tamam əyri müstəvidə göstərilir. Belə çıxır ki, o vaxt Naxçıvanda, Əylislidə erməniləri qırıblar, ermənilərin heç bir günahları olmayıb, amma azərbaycanlılar günahkar olublar. O savaşın səbəbləri bəllidir, savaşın haradan başladığı da məlumdur. Tarixi həqiqətlər bir kənarda qalıb, azərbaycanlıları ittiham edən roman meydana çıxıb. Romanda tərəzinin gözü əyilib və günahlar bizim millətin belinə yüklənib. Heç ermənilər də o qələti etməyiblər”.
Картинки по запросу Mehriban Vəzir
Yazıçı-publisist Mehriban Vəzir bildirdi ki, Əkrəm Əylisli romanında ermənilərə haqq qazandırıb: “Əkrəm Əylisli bu məsələlərdə bizi günahkar çıxarır. Erməni müəllif isə heç kimə haqq qazandırmır. Sadəcə yazılarında olan hadisələrə görə üzr istəyir. Fərqli cəhətləri çoxdur. Amma hər halda erməni yazıçının Bakıya gəlməsi dövlət tərəfindən mühafizə, himayə olunan məsələdir. Azərbaycan təbliğat baxımından Qarabağ məsələsində yeni bir mərhələyə gedir. Çox mürəkkəb məsələdir. Bunun əsas mənasını bilmək çətindir. Çox ağır müsibətlər yaşadıq. Erməninin belə rahat şəkildə küçələrimizdə dolaşması, mühafizə olunması insanın qüruruna toxunur. İnsanların yaraları hələ sağalmayıb. Torpaqlarımız hələ də işğal altındadır. Əkrəm Əylisli Ermənistana getməyib, amma getməkdən betər şeylər edib. O yazısı ilə ermənilərə bəraət verməyə çalışıb. Mən bir yazıçının həqiqətləri deməsinin tərəfindəyəm. Yazı birtərəfli olmaz. Amma o, ermənini günahsız qələmə verib. Erməni, rus təbliğatına primitiv şəkildə dəstək verib. Bu şəxsləri istər müqayisə edin, istərsə də, etməyin, hər ikisi öz işini görüb. Avetyan Xocalı faciəsinə görə üzr istəyib. Amma kimin təqsirkar olduğunu demir. Erməni yazıçının yaradıcılığına bələd olmadığım, amma bununla müqayisədə Əylisinin yaradıcılığı ilə tanış olsam da, onları müqayisə etmək gücündə deyiləm”. (Musavat.com)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın