Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Yüzlərlə qazi və şəhid ailəsinə böyük diqqət

Yüzlərlə qazi və şəhid ailəsinə böyük diqqət

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Qarabağ Seyid Ocaqları ilə birgə xeyriyyə aksiyasını davam etdirir.

Budəfəki aksiya 28 may Respublika Günü münasibətilə həyata keçirilib.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliynin sədri Sevinc Əzimbəyli aksiyanın 200 nəfərdən artıq qazi, şəhid, habelə aztəminatlı ailəni əhatə etdiyini bildirib: “Respublika Günü münasibətilə reallaşdırdığımız aksiya çərçivəsində ərzaq paketləri aztəminatlı, qazi, habelə şəhid ailələrinə paylandı. “Cənnət” ət məhsulları şirkətinin dəstəyilə həyata keçirdiyimiz aksiya çərçivəsində yardım hədiyyələri hər dəfə olduğu kimi, bu dəfə də əsl haqq sahiblərinə çatdırıldı. Göstərdikləri dəstəyə görə bu şirkətə, habelə dəstək olan digər dostlara təşəkkürümü çatdırıram”.

Qazilərlə görüşdə “Qarabağın Fatehi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu şanlı tarixi Siz yazdınız” deyən S.Əzimbəyli bildirib ki, belə xeyriyyə aksiyaları ilə məqsədləri dövlətimizin bu sahədə gördüyü nəcib işlərə azacıq da olsa, dəstək verməkdir.

Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli belə aksiyaları mütəmadi olaraq keçirdiklərini qeyd edib. C.Əzimbəyli Vətənimizin bütövlüyü uğrunda qanından, canından keçən qazi, şəhid ailələrinə daim minnətdar olduqlarını bildirib. O, haqq sahiblərinə hər zaman dəstək olacaqlarını, onların heç vaxt unudulmayacağını söyləyib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …