Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Paşinyan bölgəyə Fransa əsgərini gətirməyə çalışır – Planını açıqladı

Paşinyan bölgəyə Fransa əsgərini gətirməyə çalışır – Planını açıqladı

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə baş verən münaqişənin həlli planını açıqlayıb. 

Plan 3 bənddən ibarətdir:

-Hər iki tərəfin öz hərbi qüvvələrini sərhəddən geri çəkməsi;

-Sərhəddə Rusiyanı və ya Minsk qrupu həmsədri olan hər hansı bir ölkəni (ABŞ və ya Fransanı) təmsil edən beynəlxalq müşahidəçilərin yerləşdirilməsi;

-Beynəlxalq müşahidə altında sərhədlərin dəqiqləşdirilməsi.

Məlumdur ki, son zamanlar Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədib, imzalanan müqavilələrin də şərtlərini pozur. Artıq Ermənistanın bu cür davranışlarının səbəbi məlum olur. 

ABŞ-ın bılgəyə əsgər göndərməkdə maraqlı olmaycağını nəzərə alsaq, Paşinyanın  faktiki olaraq sərhədlərimizə Fransanı cəlb etmək istədiyini söyləyə bilərik. Bütün təxribat xarakterli addımların arxasında bunun dayandığı da istisna deyil.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …