Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / İTC Respublika Günü ilə bağlı xalqımızı təbrik etdi

İTC Respublika Günü ilə bağlı xalqımızı təbrik etdi

İrəvan Türk Cümhuriyyəti Millət Şurası 28 may Respublika günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir: “Əziz Həmvətənlər! Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalsada məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda müsəlman aləmində ilk parlament tipli demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuş, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər sahələrdə həyata keçirdiyi işlərlə Azərbaycan xalqının tarixində parlaq iz qoymuşdur. Müsəlman dünyasına Respublika məfhumunu, məfkurəsini və idarə üsulunu Azərbaycan xalqı gətirdi. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi. Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılmışdır. Azərbaycanın mütərəqqi nümayəndələri bu respublikanı yaratmışlar. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini milli mənəvi dəyərlərimizi üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Bu,böyük tarixi hadisə idi. İrəvan Türk Cümhuriyyətinin Millət Şurasının Sədri olaraq xalqımızı ölkəmizin tarixində şanlı səhifə olan 28 may Respublika günü münasibəti ilə ürəkdən təbrik edirəm. İrəvan Azərbaycandır!”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …