Cümə , İyul 19 2019
Ana səhifə / Sosial / Yusif Bağırzadənin istefası qəbul edilib

Yusif Bağırzadənin istefası qəbul edilib

Dünən AMİP Siyasi Şurasının növbəti iclası keçirilib.

Partiyadan Azinforum.az-a verilən məlumata görə, iclasda AMİP sədri Yusif Bağırzadənin istefa ərizəsinə baxılıb, həmçinin 1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərin təbliğat-təşviqat mərhələsi və cari məsələlər müzakirəyə çıxarılıb. Siyasi Şura Y. Bağırzadənin istefa ərizəsini qəbul edib və AMİP Nizamnaməsinin 64-cü maddəsinə uyğun olaraq sədrin səlahiyyətləri növbəti Qurultaya qədər AMİP Baş Katibi Arzuxan Əlizadəyə keçib.

Siyasi Şurada Milli Məclisə seçkilərin təbliğat-təşviqat mərhələsi zamanı ortaya çıxan problemlər, ayrı-ayrı seçki dairələrindən daxil olan qanun pozuntuları, namizədlərin təbliğat-təşviqat imkanlarının məhdud olması barədə narahatlıqlar müzakirə edilib. Siyasi Şura üzvləri hesab edir ki, seçkilərin təbliğat-təşviqat mərhələsi münbit deyil və deputatlığa namizədlərin uğurlu təbliğat aparması üçün şərait yoxdur. Xüsusilə də uyğun şərait yaradılmaması səbəbindən ATƏT DTİHB-nin seçkiləri müşahidə etməkdən imtina etməsi, dövlət büdcəsindən maliyyələşən Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziyada namizədlərə pulsuz efir vaxtının verilməməsi, reklam xarakterli efir vaxtının çox baha olması, yerli icra strukturlarının inzibati resurslardan istifadə etməklə bəlli namizədlərə imtiyazlı şərait yaratması 1 noyabr seçkilərinin ədalətli keçiriləcəyini indidən böyük şübhə altına qoyur.

AMİP Siyasi Şurası Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktını qətiyyətlə pisəyib, qardaş Türkiyə xalqına və dövlətinə başsağlığı verməklə Azərbaycan xalqının hər zaman Türkiyənin yanında olacağını bir daha bəyan edib.

Həmçinin oxuyun

Bakının hansı ərazilərində hava daha çirklidir?

Bakıda havanın daha çox çirkli olduğu ərazilərin adları açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) …

Bir cavab yazın