Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Kral “AST Telman”ın otelini bağlatdırdı

Kral “AST Telman”ın otelini bağlatdırdı

Türkiyənin Antalya şəhərində 15-16 noyabrda baş tutacaq G-20 Zirvəsində azərbaycanlı iş adamına məxsus otel tək bir lider üçün bağlanacaq.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, dəbdəbəli memarlığı və saray tipli otaqları ilə ərəb qonaqlarının sevimli məkanı olan Telman İsmayılova məxsus “Mardan Palace” oteli həmin günlərdə sadəcə Səudiyyə kralının xidmətində olacaq.
Məlumata görə, Zirvədən 2 ay öncə gələn və bütün otelləri gəzən kral Salman “AST Telman”ın otelini bəyənib.
Üç günlük oteli bağlayan kralın bir gecə üçün 15 min dollar ödəyəcəyi açıqlanıb. Kralla birgə gələcək heyət üçün isə gecəsi minimum 800 avrodan başlayan otaqlar hazırlanıb. Otel rəsmisinin sözlərinə görə, Kral Salmanın oteldə addım atacağı hər yerə qırmızı xalı döşənəcək.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın