Çərşənbə axşamı , İyul 7 2020
Ana səhifə / Sosial / Xaricdəki dipkorpuslarımız köhnə rəhbərləri ilə bir-bir vidalaşır

Xaricdəki dipkorpuslarımız köhnə rəhbərləri ilə bir-bir vidalaşır

Arzuxan Əlizadə: “Belə hallar aşkarlanmalı və dövlət lazımi tədbirlər görməlidir”

Son dövrlər ölkədə aparılan ciddi islahatlar Xarici İşlər Nazirliyinin tabeliyində olan xaricdəki səfirliklərimizi də əhatə edib.
Bu günlərdə Prezident İlham Əliyev Tural Anar oğlu Rzayevin Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.Dövlət başçısının digər sərəncamı ilə Daşqın Məzi oğlu Şikarov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev, həmçinin, Emil Zülfüqar oğlu Kərimovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.Dövlət başçısının digər sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.Prezident, həmçinin, Şahin Şakir oğlu Abdullayevin Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında, eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Xaricdə fəaliyyət göstərən diplomatik korpuslarda həyata keçirilən son islahatların Azərbaycan üçün hansı əhəmiyyəti var?
Azərbaycan Milli İstiqlal Partiyasınan baş katibi Arzuxan Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, XİN strukturunda belə yeniləmələrə doğrudan da ciddi ehtiyac vardı: “Diplomatik korpuslarda baş verən yerdəyişmələr heç də bütün diplomatların yarıtmaz fəaliyyətindən qaynaqlanmır. Ola bilər ki, geri çağırılan səfirlərə yeni etimad da göstərilsin. Ancaq unutmaq lazım deyil ki, Azərbaycan kimi ciddi problemləri olan ölkəyə aktiv və bizim həqiqətləri doğru şəkildə xarici auditoriyaya çatdıra bilən diplomatlar lazımdır. Bəzən isə biz görürük ki, xarici missiyalarda fəaliyyət göstərən diplomatlarımız yerində deyil. Təbiidir ki, belə hallar aşkarlanmalı və dövlət lazımi tədbirlər görməlidir. Mən bir də diplomatların rotasiya qaydasına önəm verilməsini istərdim. Bir diplomatın 10 ildən artıq hansısa ölkədə çalışması doğru deyil“.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakıda xəstəxanada 33 tibb işçisi koronavirusa yoluxdu

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının koronavirusa yoluxan tibb işçilərinin sayı məlum olub.ATU-nun mətbuat xidmətinin …

Bir cavab yazın