Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Tramp Əsəd tərəfdarına yüksək vəzifə verə bilər

Tramp Əsəd tərəfdarına yüksək vəzifə verə bilər

ABŞ Konqresinin Nümayəndələr Palatasının, həmçinin Demokratlar Partiyasının üzvü Tulsi Qabbard Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasına daxil ola bilər.

Bu barədə “ABC Newsсo” telekanalı D.Trampın keçid komandasının nümayəndəsinə istinadən xəbər verir.

Bundan əvvəl T.Qabbard bəyan etmişdi ki, Suriya prezidenti Bəşər Əsədin və onun hökumətinin devrilməsi Liviya və İraq ssenarilərinin təkrarlanmasına və İŞİD terror qruplaşmasının mövqelərinin möhkəmlənməsinə səbəb olacaq.

Telekanalın məlumatına əsasən, hazırda T.Qabbardın D.Tramp administrasiyasında müxtəlif vəzifələrə namizədliyinə ciddi şəkildə baxılır. Mümkün vəzifələr arasında dövlət katibi, müdafiə naziri və ya ABŞ-ın BMT-dəki daimi nümayəndəsi göstərilir.

Həmçinin bundan əvvəl Nyu-Yorkda D.Trampla T.Qabbardın görüşdüyü bildirilir. Mənbənin məlumatına əsasən, görüş uğurlu olub.(Trend)

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın