Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bakıda avtobus sürücüsü işdən qovuldu: qaydaları pozduğuna görə

Bakıda avtobus sürücüsü işdən qovuldu: qaydaları pozduğuna görə

Paytaxtda avtobus sürücüsü işdən azad edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) virtualaz.org-a verilən məlumata görə, 20 saylı marşrutla bağlı daxil olan şikayət və fotoşəkillər əsasında “10-TG-704” seriyalı avtobusun sürücüsü A.Məhərrəmov yol hərəkət qaydalarını pozduğu və bu kimi hallara mütəmadi yol verdiyi üçün Agentliyin iradı əsasında daşıyıcı şirkət tərəfindən işdən azad edilib.

BNA qeyd edir ki, yolda təhlükəsizlik qaydalarına əməl etmək ümumi məsuliyyətdir. Sürücü, sərnişin, daşıyıcı şirkət eyni qaydada öhdəlik daşıyır. Agentlik bu kimi hallarla bağlı iradları, təklif və şikayətləri qəbul edir.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın