Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / Rəsmi Bakı səfirliklərin mühafizəsini gücləndirdi

Rəsmi Bakı səfirliklərin mühafizəsini gücləndirdi

Səudiyyə Ərəbistanı və İran arasında yaranan gərginlikdən sonra hər iki ölkənin Azərbaycandakı səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Ans-in məlumatına görə, Səudiyyə Ərəbistanı səfirliyinin qarşısında polislərin sayı artırılıb.

Polislərin verdiyi məlumata görə, əvvəlki günlərlə müqayisədə, diplomatik nümayəndəliyin təhlükəsizliyinin qorunmasına daha çox əməkdaş cəlb olunub.

Həmçinin əraziyə müvafiq polis bölməsi də nəzarətini gücləndirib. Səudiyyə Ərəbistanı səfirliyi kimi İran nümayəndəliyi də ciddi mühafizə olunur.

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …

Bir cavab yazın