Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Əliyev və Sarkisyan Minskdə görüşə bilər

Əliyev və Sarkisyan Minskdə görüşə bilər

Minsk Ermənistan və Azərbaycan prezidentlərinin görüşü üçün meydan ola bilər.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Belarusun Ermənistandakı səfiri İqor Nazaruk bildirib.
Səfirin sözlərinə görə, Qarabağ kimi münaqişələri `qaynar` yox, `soyuq` formada həll etmək üçün danışıqlar lazımdır: “Məhz ATƏT-in Minsk qrupunun hədəfi də budur. Əminəm ki, danışıqlar başlayan zaman tərəflərin bir-birilərini anlaması üçün zəmin yaranır. Əgər biz bir-birimizi anlayırıqsa, onda əlavə elementlər meydana çıxır. Mən əminəm ki, bu doğru olan yeganə yoldur. “Qaynar” mərhələyə keçilmədən danışıqlar”.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan və Ermənistan prezidentləri dekabrın 19-u İsveçrənin paytaxtı Berndə bir araya gəliblər.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın